AZ

Bekhemin oğlu yeni sevgilisi ilə FOTOsunu paylaşdı: Onun üçün döymə də etdirib

“İnter Mayami”nin sahibi Devid Bekhemin oğlu Romeo Bekhem yeni sevgilisini nümayiş etdirib.

Publika.az xəbər verir ki, bir müddət əvvəl futbolçu karyerasını başa vuran 22 yaşlı Romeo “İnstaqram” hekayəsində Kim Törnbull ilə birlikdə çəkilmiş şəklini yerləşdirib.

Romeo yeni döyməsini də nümayiş etdirib. O, sağ ayağına qızılgül və “Sevgi qalib gəlir” yazısını həkk edib. Bunun Kimin şərəfinə etdiyi güman edilir.

Qeyd edək ki, Törnbull 30 minə yaxın izləyicisi olan 24 yaşlı DJ və modeldir.

Seçilən
56
publika.az

1Mənbələr