Braziliyalı hücumçu Endrik "Real Madrid"dəki mövqeyindən narazıdır.
90deqiqe.Az "TodoFichajes”ə istinadən xəbər verir ki, 18 yaşlı forvard oyun vaxtı az olduğu üçün komandasını dəyişmək barədə düşünür. Artıq Endriklə maraqlanan klubların olduğu qeyd edilir. Onların arasında İngiltərənin “Sauthempton” və “Tottenhem”, İtaliyanın “Yuventus” klubları var.
Bildiyiniz kimi, Endrikin "Real"la müqaviləsi 2030-cu ilin ortalarına qədərdir. Nüfuzlu Transfermarkt portalının mütəxəssisləri gənc braziliyalıya 60 milyon avro qiymət qoyub. Endrik indiyədək yalnız bir dəfə Real Madridin əsas heyətində yer alıb.