İranda dekabrın 4-də təlim təyyarəsi qəzaya uğrayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə İranın "Mehr" Agentliyi məlumat yayıb.
Bildirilib ki, İranın cənub-qərbində, Fars əyalətinin Kirokarzin və Firuzabad rayonlarında təlim təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədə olan iki pilot ölüb.