AZ

Bakıda 33 min manatdan çox dələduzluq edilib, saxlanılanlar var

Bakıda ümumilikdə 33 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakının Nərimanov, Xəzər, Nəsimi və Nizami rayonlarında dələduzluqda şübhəli bilinən 5 nəfər - 37 yaşlı P.Rzayev, 55 yaşlı Ə.Nəcəfov, 45 yaşlı F.Gülmirzəzadə və əvvəllər məhkum olunmuş 25 yaşlı F.Əhmədov, eləcə də 51 yaşlı R.Rəhimov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Onların 6 nəfərin ümumilikdə 33 min 980 manat pulunu və 2 min manat dəyərində mobil telefonunu dələduzluq yolu ilə ələ keçirmələri müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Seçilən
31
23
avtosfer.az

10Mənbələr