AZ

Trampın BRİKS-i dollara görə hədələməsinə Putinin cavabı

Tramp 4 ildir hakimiyyətdən kənarda qalıb və bu müddət ərzində dolların mövqeyi zədələnib.

Turkustan.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Donald Trampın dollardan imtina etmək istəyən BRİKS üzvlərinə müraciətini şərh edərkən deyib.

“Yeni seçilmiş prezident dörd ildir ki, Ağ Evdə olmayıb və bu müddət ərzində iqtisadiyyatda, dünyada və Amerika iqtisadiyyatında müəyyən dəyişikliklər baş verib. Onun davamçıları, siyasi rəqibləri dolların dünya ehtiyat valyutası kimi fundamental əsaslarını sarsıtmaq üçün çox işlər görüblər”, - deyən Putin, bu gün dollardan başqa ölkələrə zərər vermək üçün siyasi və bəlkə də silahlı mübarizənin aləti kimi istifadə olunduğunu vurğulayıb.

Qeyd edək ki, Tramp dollardan imtina etmək istəyən BRİKS üzvlərinə müraciətində onları gömrük rüsumlarının tətbiqi ilə hədələyib.

Seçilən
16
2
turkustan.az

3Mənbələr