Gürcüstanda müxalifət partiyalarının və qrup zorakılığını təşkil etməkdə, onlara rəhbərlik etməkdə və ya iştirak etməkdə ittiham olunaraq saxlanılan şəxslərin ofislərində axtarış zamanı külli miqdarda pirotexniki vasitələr, qaz maskaları, “Molotov kokteylləri”, kompüterlər və digər əşyalar götürülüb.
Musavat.com xəbər verir ki, bu barədə brifinqdə Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin rəisi Teymuraz Kupatadze bildirib.
“Axtarışlar zamanı dəbilqələr, qaz maskaları, külli miqdarda pirotexniki vasitələr, elektrik ötürücü qurğular, kompüter avadanlığı, “Molotov kokteylləri”, boyalar və ekspertizası təyin edilən müxtəlif mayelər götürülüb”, - Kupatadze bildirib.
Qeyd edək ki, "Ciutebi" hərəkatının, "Droa" və "Girçi" partiyalarının, eləcə də keçmiş hakim "Vahid Milli Hərəkat Partiyası"nın gənclər təşkilatının ofislərində istintaq hərəkətləri aparılır.
Şahanə Rəhimli
Musavat.com