AZ

Həmanın ələ keçirildiyi təkzib edildi

Suriya Müdafiə Nazirliyi silahlıların Ərəb Respublikasının qərbində yerləşən Həma şəhərinə (eyni adlı əyalətin inzibati mərkəzi) daxil olması ilə bağlı məlumatı təkzib edib.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, nazirlik ordunun şəhərə nəzarət etdiyini və mümkün hücumu dəf etməyə hazır olduğunu bildirib.

"Həma şəhərində vəziyyət normal və təhlükəsizdir. Silahlı qüvvələrimiz şəhərin ətrafında və özündə bütün istiqamətlərdə öz mövqelərində yerləşdirilib və istənilən mümkün hücumu dəf etməyə tam hazırdır", - Suriya Müdafiə Nazirliyi bildirib.

Qeyd olunub ki, Suriyanın Rusiya Federasiyasının dəstəyi ilə həyata keçirdiyi aviazərbələr, həmçinin ağır artilleriya və raket zərbələri nəticəsində Həma əyalətind onlarla yaraqlı, onların texnikası və maşınları məhv edilib.

Zaur, BakuPost
Seçilən
162
bakupost.az

1Mənbələr