Fins.az xəbər verir ki, İmişli rayonunda cari əkin mövsümündə ümumilikdə 42 922,1 hektar sahədə kənd təsərrüfatı bitkiləri əkilib.
Əkin sahələrinin bölüşdürülməsi:
- Dənli və dənli paxlalı bitkilər: 16 664,3 hektar
- Kartof: 77,7 hektar
- Tərəvəz: 138,1 hektar
- Bostan bitkiləri: 324,6 hektar
- Şəkər çuğunduru: 214,7 hektar
- Pambıq: 7 033,7 hektar
- Yemlik bitkilər: 18 469 hektar
Rayonda bu günə qədər 15 718 hektar sahədə şum işləri tamamlanıb və 4 137 hektarda payızlıq buğda, 5 713 hektarda isə payızlıq arpa səpilib. Ümumilikdə 18 000 hektar sahədə dənli bitkilərin payız əkini nəzərdə tutulur.