AZ

Cənubi Koreya prezidenti impiçment edilir

Cənubi Koreyada müxalifət dekabrın 7-də prezidentin impiçmenti ilə bağlı səsvermə keçirəcək...

Cənubi Koreyanın aparıcı müxalifət partiyası, ölkə parlamentində çoxluğa malik olan Demokratik Partiya dekabrın 7-də prezident Yun Sok Yola impiçment elan edilməsi təklifini səsverməyə çıxarmaq niyyətindədir.

Poliqon cxəbər verir ki, bu barədə “Yonhap” Agentliyi məlumat yayıb. Təşəbbüs təsdiqlənərsə, Konstitusiya Məhkəməsi işə baxmağa başlayacaq.

“İmpiçmentlə bağlı səsvermənin saat 19:00-da keçirilməsi qərara alınıb”, deyə Agentlik partiya nümayəndəsinin sözlərindən sitat gətirib.

Qeyd edilir ki, dekabrın 5-də yerli vaxtla gecə yarısından sonra impiçment sənədinin layihəsi plenar iclasda müzakirə edildiyindən, səsvermənin dekabrın 6 və ya 7-də keçiriləcəyi gözlənilirdi. Cənubi Koreya qanunları deputatlardan impiçment məsələsi ilə bağlı 24 saatdan tez olmayan, lakin belə bir təklifin təsdiq edildiyi plenar iclasdan sonra 72 saatdan gec olmayaraq çıxış etməyi tələb edir.

Poliqon.info

Seçilən
22
poliqon.info

1Mənbələr