AZ

Miley mərkəzçiliyi və mötədilliyi axmaqlıq adlandırıb

Argentina prezidenti Xavyer Miley siyasətdə mərkəzçiliyə meyli axmaqlıq adlandırıb...

Poliqon xəbər verir ki, Argentina prezidenti bu barədə Buenos-Ayresdə keçirilən Mühafizəkarların Siyasi Fəaliyyət Konfransında bildirib.

“Bizim vergi ödəyicisinin hesabına əbədi yaşamağa davam etmək paktlarından başqa bir şey olmayan məşhur siyasi konsensuslara nail olmaqda maraqlı deyilik”, deyə Miley çıxışında qeyd edib.

Mileyin fikrincə, mərkəzçilər “cinayətkar sol”a güzəştə getdiyi üçün “ölkədə konsensus və ədəb-ərkan tələb edənlərə yer yoxdur”. O, həmçinin mühafizəkarları solçu ideyalara qarşı “mədəni döyüş” aparmağa çağırıb.

Qeyd edək ki, “mədəni inqilab” termindən 1966-1977-ci illərdə Çində müxalifətin yatırılması və kökünün kəsilməsi üçün bir sıra repressiyalar zamanı istifadə edilib. Eyni zamanda, “mədəniyyət müharibəsi” adətən müxtəlif ölkələrdə demokratik və mühafizəkar dəyərlər arasındakı ziddiyyət adlanır.

Poliqon.info

Seçilən
19
poliqon.info

1Mənbələr