8 yaşında boğularaq öldürülən Narinin qətlində mühüm dəlillər tapılıb. Balaca qızın cəsədinə baxış zamanı ovucunda və şortunda saç və tük parçaları aşkar edilib.
News24.az xəbər verir ki, vəkil Nahit Eren bu məlumatları verdi:
"DNT baxımından müsbət nəticə verməyən saç nümunələri üzərində mitoxondrial DNT araşdırmaları aparıla bilər. Narinin ovucunda, şortunda tapılan 11 və 16 sm saç nümunələrinin Narin, anası Yüksel Güran və qardaşı Enes Güranın Mitoxondrial DNT əsas ardıcıllığı ilə uyğun olduğu müəyyən edilib".
Günel Məlikzadə