AZ

Tramp ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının sədrliyinə namizədini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Tramp ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) sədrliyinə namizədini açıqlayıb.

Banco.az xəbər verir ki, Tramp vəzifəsini tərk edən SEC sədri Qari Genslerin yerinə Pol Atkinsin namizədliyini irəli sürdüyünü elan edib.

Tramp sosial media hesabı “Truth Social” vasitəsilə məsələyə münasibət bildirib:

“Qiymətli Kağızlar və Birja Komissiyasının növbəti sədri vəzifəsinə Pol Atkinsin namizədliyini elan etməkdən məmnunluq duyuram. Pol sağlam düşüncəli tənzimləmə üzrə sübut edilmiş liderdir.”

Qeyd edək ki, “Patomak Global Partners” adlı risklərin idarə edilməsi üzrə konsaltinq şirkətinin Baş İcraçı Direktoru (CEO) və təsisçisi olan Atkins 2002-2008-ci illərdə SEC Komissarı vəzifəsində çalışıb. Atkins 2017-ci ildən Rəqəmsal Ticarət Palatasının Token Alyansının həmsədri kimi işləyir və rəqəmsal aktivləri araşdırır.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
41
banco.az

1Mənbələr