AZ

Gürcü müxalifətinin lideri saxlanıldı - O, tanınmış azərbaycanlını döyməkdə suçlanır

"Güclü Gürcüstan" koalisiyasının liderlərindən biri - "Vətəndaşlar" partiyasından olan Aleko Elisaşvili ötən gecə saxlanılıb.

Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Aleko Elisaşvili Gürcüstan Azərbaycanlıları Milli Konqresinin rəhbəri Əli Babayevə hücumda ittiham olunur.

Bu ittiham Cinayət Məcəlləsinin 156-cı maddəsinin ikinci hissəsində tövsif olunub: - “zor tətbiq etməklə və ya zorakılıq tətbiq etməklə təqib etmə”.

Əli Babayev jurnalistlərə deyib ki, Elisaşvili onu şifahi və fiziki olaraq təhqir edib.

Hadisə dekabrın 2-də Filarmoniyanın ərazisində baş verib. Babayev həkimlərə müraciət etməyə məcbur olduğunu iddia edib. O, münaqişənin mahiyyətinin nədən ibarət olduğunu açıqlamayıb.

Seçilən
60
32
modern.az

10Mənbələr