AZ

Çin hakerləri Amerikanı silkələdi: Hər kəsi dinləyirlər

Çinli kiberhücumçuları ən azı 8 Amerika telekommunikasiya şirkətini hədəf alıb.

Publika.az xəbər verir ki, bu barədə Ağ Evdən açıqlama verilib.

Bildirilib ki, kiberhücumçular tərəfindən "Salt Typhoon" adlı böyük kiberhücum təşkil olunub.

Onlar “Verizon”, “AT&T” və “Lumen” kimi böyük xidmət təminatçıları da daxil olmaqla 8 Amerika telekommunikasiya şirkətini, həmçinin bəzi digər ölkələri hədəfə alıblar.

Hücumçuların xüsusən də hökumət və siyasi vəzifələrdə olan məmurların telefon dinləmə qeydlərinə və mobil məlumatlarına çıxış əldə etdiyi bildirilib.

Seçilən
19
publika.az

1Mənbələr