Bakı. Trend:
Ətraf mühitin mühafizə olunması istiqamətində müasir yanaşmalartətbiq olunur.
Trend xəbər verir ki, bunuEkologiya və təbii sərvətlər nazirin müavini Rauf HacıyevAzərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda deyib.
O bildirib ki, hazırda ölkədə yeni iqlim strategiyanınhazırlanması yönündə işlər görülür. İqtisadiyyata keçmə yönündəaddımlar atılır.
"Uşaqları iqlim dəyişikliyinin təsirlərindən qorumaq üçüninvestisiya vacibdir. Gələcəkdə gənclərimiz ekoloji hüquqlarıprioritet kimi qəbul edəcək. Gənclərin iqlim dəyişikliyi iləmübarizədə fəal iştirakı günümüzün ən vacib məsələlərindənbiridir",- deyə o əlavə edib.
Qeyd edək ki, dekabrın 5-də Ailə, Qadın və Uşaq Problemləri üzrəDövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığıilə Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu keçirilir.