Azərbaycan Dövlət Aqrar Universitetində həssas təbəqədən olan əhali qrupları, xüsusilə də sağlamlıq imkanları məhdud olan şəxslər və onların ailə üzvləri hər zaman diqqət mərkəzində saxlanılır.
TƏHSİL.BİZ-in bölgə müxbiri xəbər verir ki, bu fikirləri 3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə əlillik dərəcəsi olan bir qrup əməkdaşla görüşdə universitetin rektoru Zəfər Qurbanov deyib. Rektor bildirib ki, ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin əhalinin sosial problemlərinin həllinə xüsusi qayğısı əlillərin də həyat şəraitinin yaxşılaşdırılmasına, onların ictimai hüquqlarının qorunmasına hərtərəfli imkan yaradıb.
Çıxış edən əməkdaşlar yaradılan şəraitə və daim diqqətdə saxlandıqlarına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.