AZ

Türkiyədə PKK terrorçularına qarşı ƏMƏLİYYAT: 147 nəfər TUTULDU

Türkiyə Daxili İşlər Nazirliyi terror təşkilatlarında iştirak edən şəxslərin saxlanılması istiqamətində növbəti genişmiqyaslı əməliyyat keçirib.

Bizim.Media xəbər verir ki, İstanbul, Diyarbəkir və Antalya da daxil olmaqla Türkiyənin 30 vilayətində PKK terrorçuları ilə əlaqədə şübhəli bilinən 147 nəfər saxlanılıb.

Daxili işlər naziri Ali Yerlikaya qeyd edib ki, “Gürz-28” adlanan əməliyyat prokurorluq orqanları tərəfindən koordinasiya edilib.

Onun sözlərinə görə, axtarışlar zamanı qanunsuz atıcı silahlar, narkotik maddələr və qadağan olunmuş ədəbiyyat aşkar edilib.


Nazir daha əvvəl məlumat vermişdi ki, kod adı “Gürz” olan əməliyyatlar çərçivəsində ilin əvvəlindən ölkə ərazisində terrorçuların 709 sığınacaq və anbarı müəyyən olunaraq məhv edilib, sığınacaq tapa biləcəkləri onlarla mağaranın girişləri dağıdılıb.


Əməliyyatlara jandarm qüvvələri cəlb edilir, hücumda PUA və helikopterlərdən istifadə olunur.


Bizim.Media

Seçilən
10
bizim.media

1Mənbələr