AZ

ABŞ-nin Qazaxıstandakı səfiri Daniel Rosenblum istefa verib

Astana. Trend:

ABŞ-nin Qazaxıstandakı səfiri Deniel Rozenblum 2025-ci ilyanvarın 20-də öz vəzifəsindən ayrılacaq.

Trend xəbər verir ki, səfir,ABŞ Dövlət Departamentində 28 illik fəaliyyətindən sonra təqaüdəçıxacaq.

Qeyd edilir ki, Deniel Rozenblum 2022-ci ilin noyabr ayındanetibarən ABŞ-nin Qazaxıstandakı diplomatik missiyasına rəhbərlikedirdi.

“Səfir olaraq Qazaxıstanda çalışmaq həyatımın ən böyükşərəflərindən biri idi. Xüsusilə qazax xalqını yaxından tanımaq,ölkənin müxtəlif bölgələrini ziyarət etmək və Qazaxıstanın zəngintarixini öyrənmək mənim üçün unudulmaz bir təcrübə idi. Bu dövrqazax mədəniyyətinə və ənənələrinə dərin hörmət bəsləməyimə səbəboldu”, - deyə D.Rozenblum bildirib.

Səfir, yeni səfir təyin olunana qədər missiyaya rəhbərlik edəcəkmüvəqqəti işlər vəkili Debora Robinsonun ABŞ-nin Qazaxıstandakıfəaliyyətini uğurla davam etdirəcəyinə əminliyini ifadə edib. O,həmçinin Almatıdakı Baş Konsul Mişel Yerkin və həm Astanadakı, həmdə Almatıdakı səfirlik əməkdaşlarının səylərini yüksəkqiymətləndirərək, onların missiyanın hədəflərinə nail olmaqda mühümrol oynadıqlarını vurğulayıb.

Seçilən
26
4
az.trend.az

5Mənbələr