AZ

“Normalar milli dəyərlərlə ölçülməlidir” - SOSİOLOQ FİKRİ

“Biz adətən bir iş görəndə cəmiyyətin stiqmasını nəzərə alırıq, nə düşünərlər, nə deyərlər deyə düşünürük. Eləcə də evlənəndə qınağa tuş gəlməmək üçün yüz ölçüb, bir biçirdi insanlar. Cəmiyyətin standartları, normaları əhəmiyyətli idi insanlar üçün. Qız alanda, qız verəndə ailələr bu normalara əməl edirdi, standartlar hamı üçün ölçü vahidi idi. Çünki cəmiyyətin qınağı normalar idi, çoxluğun dəstəklədiyi vəziyyətlər normal, dəstəkləmədiyi vəziyyətlər standartdan uzaq idi”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib.

O bildirib ki, hazırkı dövrdə cəmiyyətin normaları da anormallıq üzərində qurulduğu üçün ölçü vahidi kimi götürülməsi də normal deyil: “Çünki əksəriyyət anormallığı normal qəbul etdiyi üçün say etibarilə üstünlük təşkil edirlər. Zənnimcə dövrümüzdə normalar milli dəyərlərlə ölçülməlidir. Əgər dəyərə, əxlaqa zidd vəziyyətdirsə normal ola bilməz. Zəmanə insanı çox dəyişdi, transformasiya oldu, normalından uzaqlaşdı. Əvvəl əxlaqsızlığa heyrət edən insanlar indi normal qarşılayır, əvvəl rüşvətxorluq dəhşətli əməl kimi qəbul edilirdi, indi rüşvət almayana əfəl kimi baxırlar.

İndi ailə qurarkən gənclərin əxlaqi dəyərlərdən çox maddi dəyərlərə üstünlük verməsi bu gedişatın nəticəsidir. Əgər 20-30 il əvvəl evlənərkən ik gənc bir birində mənəviyyat, dürüstlük, doğruluq axtarırdısa indi maddi təminat güdürlər. Çünki cəmiyyət bütün dəyərlərini maddiyat üzərində inşa edir. Kasıb oğlanla evlənən qıza rişxənd edirlər, avtomobili, evi olmayan oğlanın evlənməsini anormal hesab edirlər. Yəni heç kim o gəncin mənəvi dəyərlərinə baxmır, beyninə, zəkasına yox, pulqabının qalınlığına baxırlar. Siz indi baxın cəmiyyətin norma anlayışı haradan haraya gəldi?”

Müəllif: Səbinə Hüseynli
Seçilən
30
sia.az

1Mənbələr