2000-ci illərdən etibarən texnoloji inkişaflara böyük sərmayə qoymağa başlayan Cənubi Koreya, sürətlə inkişaf edən robot sənayesində əhəmiyyətli bir mərhələni geridə qoydu.
İndex.az xəbər verir ki, Cənubi Koreya ümumi işçi qüvvəsində hər 10 işçidən birinin robot olduğu ilk ölkə kimi tarixə düşüb.
Ölkədəki robotlar işçi qüvvəsinin 10 faizini öz üzərinə götürməyə başlayıb. Xüsusilə robotların böyük bir işsizlik böhranına səbəb ola biləcəyi ilə bağlı söz-söhbətlərin artdığı bu dövrdə dövlətin işçi qüvvəsini robotlara köçürməsinin əsas səbəbi ölkədə doğum nisbətlərinin aşağı olmasıdır.
Son illərdə azalan əhalisini tarazlamağı hədəfləyən Cənubi Koreyanın xüsusilə sənaye və xidmət sektorlarında çalışanları robotlarla əvəz etdiyi bildirilir.
Mövzu ilə bağlı dərc edilən hesabata görə, hər 10.000 işçidən 1102-nin robot olduğu Cənubi Koreya bu sahədə dünya lideridir. Əslində, hazırda ölkədə fabriklərdə işləyən robotların sayı dünyanın hər hansı digər ölkəsindən iki dəfə çoxdur. Bundan əlavə, ölkənin elektronika və avtomobil sektorları robot texnologiyasının ən çox inteqrasiya olunduğu sahələr kimi önə çıxır.