AZ

Fazil Qasımovun səhhəti pisləşdi, prosesdə fasilə elan olundu

İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən Fazil Qasımov və eyni cinayətə görə onunla mühakimə edilən Anar Əliyevin növbəti məhkəməsi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqın başlanılması barədə qərar qəbul edilib.

Daha sonra dövlət ittihamçısı Fuad Musayev ittiham aktını elan edib.

Vəkil Nemət Kərimli Fazil Qasımovun müdafiəsinə qoşulub. Hakimlər onun işə qoşulması barədə qərar qəbul ediblər.

Daha sonra Fazil Qasımovun səhhəti pisləşib, buna görə də prosesdə fasilə elan olunub.

Qeyd edək ki, Fazil Qasımov 1 il əvvəl həbs edilib. Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu FETÖ ilə əlaqəli olmaqda ittiham olunub.
Qasımovla birgə ittiham olunan Qubad İbadoğlu ibtidai istintaq dövrü müddətində sərbəst buraxılıb. Onun işi üzrə istintaq davam edir.


Müəllif: Hacı Zeynalov
Seçilən
15
teleqraf.com

1Mənbələr