AZ

Lənkəranda ilk dəfə "Ləvəngi Festivalı" keçirilir - Foto

Lənkəran şəhərində "Ləvəngi Festivalı" keçirilir.

Teleqraf.com-un Cənub bürosu xəbər verir ki, bu barədə Lənkəran Şəhər Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev məlumat verib.

Anar Kəkəyev deyib ki, bu gün keçirilən "Ləvəngi Festivalı" 1-ci Ləvəngi festivalıdır:

"Festival Lənkəran ŞİH, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilir. Cənub zonasının 6 rayonu, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran və Astara rayonlarının nümayəndələri iştirak edir. Festivalda ləvənginin unudulmuş və qədimdə hazırlanan növləri sərgilənir. Cənub zonasını əhatə edən rayonun nümayəndələri ləvənginin unudulmuş növlərini nümayiş etdirirlər. Lənkəran Şəhər Mədəniyyət Mərkəzi də olaraq bugünkü festivala çox yaxşı hazırlaşmışıq, burada çalışımışıq ki, ləvənginin bütün növlərini, təamlarını kulinariyada göstərək. Üstün cəhətimiz, ləvəngidə istifadə olunan inqridientlər, onun hansı formada və saxsı qablarda hazırlanmasını nümayiş etdirməyimizdir".

Qeyd edək ki, festivalda iştirak edən rayon nümayəndələri maraqlı rəqs və musiqi nömrələri ilə çıxış ediblər.əhərində "Ləvəngi Festivalı" keçirilir. Teleqrafın Cənub bürosu müxbirinin Lənkəran Şəhər Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyevdən əldə etdiyi məlumata əsasən bu 1-ci Ləvəngi Festivalıdır. "Bu gün 05 dekabr 2024-cü il tarixində keçirilən "Ləvəngi Festivalı" 1-ci Ləvəngi festivalıdır. Festival Lənkəran ŞİH, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilir. Cənub zonasının 6 rayonu, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran və Astara rayonlarının nümayəndələri iştirak edir. Festivalda Ləvənginin unudulmuş və qədimdə hazırlanan növləri sərgilənir. Qeyd edim ki, bu gün də Cənub zonasını əhatə edən rayonun nümayəndələri Ləvənginin unudulmuş növlərini nümayiş etdirirlər. Biz Lənkəran Şəhər Mədəniyyə Mərkəzi də olaraq bugünkü festivala çox yaxşı hazırlaşmışıq, burada çalışımışıq ki, Ləvənginin bütün növlərini , təamlarını kulinariyada göstərək və düşünürəm ki, üstün cəhətimiz bu ola bilər ki,ləvəngidə istifadə olunan inqridientlər onun hansı formada və saxsı qablarda hazırlanmasını nümayiş etdirməyimizdir." Qeyd edək ki, festivalda iştirak edən rayon nümayəndələri maraqlı rəqs və musiqi nömrələri ilə çıxış ediblər.


Müəllif: Teleqraf.com
Seçilən
26
teleqraf.com

1Mənbələr