1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Mançester Yunayted" İngiltərə Premyer Liqasının XIV turunda "Arsenal"a 0:2 hesabı ilə uduzub.
Oxu.Az xəbər verir ki, bu, "qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorimin komanda ilə ikinci oyununda ilk məğlubiyyəti olub.
Portuqaliyalı mütəxəssis ümumiyyətlə son bir ildə birinci dəfə uduzub.
Bundan əvvəl "Sportinq"ə rəhbərlik edən Amorim orada 33 oyun məğlub olmayıb.