AZ

“Gürcüstan hadisələri Ukraynada baş verən “Maydan”hərəkatını xatırladır- ÖZƏL

"Gürcüstanda baş verən hadisələrin kökündə, Cənubi Qafqaza təsir uğrunda mübarizə aparan geosiyasi qütblərdən qaynaqlanır. Seçkilərin başa çatmasına baxmayaraq, Qərbdən dəstəklənən müxalifətdən seçilmiş deputatlar mandatlarından imtina etdilər. Yeni seçki tələbi ilə, meydanlara axışdılar. Artıq həbs olunanlar, xəsarət alanlar var. Dövlət qulluqçuları, diplomatik korpusun nümayəndələri arasında istefalar artmaqdadır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib: "Gürcüstan hadisələri 2014-cü il Ukraynada baş verən "Maydan"hərəkatını xatırladır. Ssenari eynidir. Əvvəl dinc aksiyalar keçirildi, çadırlar quruldu. Daha sonra aqressiv davranışlar sərgiləndi, molotov kokteyllərindən, silahlardan istifadə olundu. Təxribatlar nəticəsində, naməlum istiqamətdən açılan atəş kütləni idarə olunmaz hala gətirdi. Nəticə göz qabağındadı. Ukrayna kimi dövlət, yanlış siyasət, xarici təsirlər nəticəsində darmadağın oldu. Milyonlarla insan öz yurdlarını tərk etmək məcburiyyətində qaldı. Gürcüstanda baş verənlərin Maydan hadisələrindən fərqli cəhəti odur ki, Gürcüstan müxalifəti proseslərə azyaşlı uşaqları cəlb edir. Parlamentin yandırılmasında, təhlükəsizlik qüvvələrinə "molotov kokteyllərinin" atılmasında uşaqlardan istifadə olunur. Kifayət qədər mürəkkəb vəziyyət yaranmasına rəğmən, düşünmürəm ki, hakimiyyət dəyişikliyinə nail olunsun". 
Millət vəkili qeyd edib ki, regionda baş verən hadisələrin təbii ki, Azərbaycana təsirləri var: "Hər şeydən əvvəl, Gürcüstan bizim strateji müttəfiqimizdir və orada yüz minlərlə soydaşımız yaşayır. Gürcüstanla bizi coğrafi, iqtisadi, siyasi, mədəni, nəqliyyat-kommunikasiya əlaqələri birləşdirir. Qonşu ölkədə sabitliyin, əmin-amanlığın olması, Azərbaycan dövlətinin və xalqının maraqlarına tam cavab verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
47
olaylar.az

1Mənbələr