"Ermənistanda Nikol Paşinyanın reytinqi getdikcə aşağı düşür. Paşinyan Qərbin adamıdır, ona görə də Qərb onun hakimiyyətinə qarşı təhlükələrin qarşısını almağa çalışır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Samir Vəliyev deyib: "Yəqin, bunun üçün Paşinyan "yenilik" etmək istəyir. Ermənistan hakimiyyəti bu "yeniliyi" hərbi əməliyyatlarda və Azərbaycan üzərində kiçik də olsa, qələbə qazanmaqda görür. Digər tərəfdən, Fransa Ermənistanı fəal şəkildə silahlandırır. Bu ölkə də Ermənistan vasitəsilə Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışır. Parisin məqsədi regionda yeni müharibə alovlandırmaqdır. Fransa ilə yanaşı, Hindistan da Ermənistana silah satışını davam etdirir. Yunanıstan isə S-300 raket komplekslərini Ermənistana vermək niyyətindədir. Digər tərəfdən, Ermənistanın arxasında duran Fransa, həmçinin Avropa İttifaqı aydın görürlər ki, Ukrayna cəbhəsində istədiklərinə nail ola bilmirlər. Ona görə də, Rusiyanın diqqətini başqa səmtə yönəltmək və onun sərhədlərinə yaxın yeni münaqişə ocağı yaratmaqla qüvvəsini bölməyə çalışırlar".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31