AZ

Bərdədə yerin təki haqqında qanunvericiliyin tələblərinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 mart  tarixli 1941 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nın 8.7.3. nömrəli tapşırığının (Yerin təki istifadəçiləri ilə yerin təki haqqında qanunvericiliyin tələbləri və onlara əməl olunması sahəsində maarifləndirmə və təbliğat işi aparılmasının təşkili) icrasını ilə əlaqədar olaraq Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən rayon İcra Hakimiyyətinin Aparatının, Rayon İcra Hakimiyyətinin başçısının şəhər inzibati ərazi vahidi üzrə nümayəndəliyinin və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin,  bələdiyyələrin rəhbər vəzifəli şəxslərinin və sahibkarların iştirakı ilə maarifləndirici tədbir keçirilib.

Ekologiya.az bildirir ki, tədbirdə yerin təki haqqında qanunvericiliyin tələbləri və onlara əməl olunması sahəsində görülməli işlər barədə iştirakçılara ətraflı məlumat verilib. Tədbir diskussiya şəraitində keçib və iştirakçıların sualları cavablandırılıb.

Seçilən
28
ekologiya.az

1Mənbələr