Fransanın müdafiə naziri Sebastien Lekornu, Pau meri Fransua Bayrou və Troyes meri Fransua Baruin ölkədəki siyasi böhran fonunda Fransanın baş naziri olmağa əsas namizədlərdir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti yazır.
Qəzet Fransa prezidenti Emmanuel Makronun müşavirlərinə istinadən yazır ki, yeni hökumət başçısının təyinatı dekabrın 5-də nəzərdən keçirilə bilər.