AZ

Türkiyə MN: PKK/YPG-nin Suriyada qeyri-sabitlikdən faydalanmasına imkan verilməyəcək, lazımi tədbirlər görülür

Türkiyə PKK/YPG terror təşkilatının Suriyada qeyri-sabitlikdən faydalanmasına imkan verməyəcək.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin bəyanatında deyilir.

“Bölgədə mövcud olan terror təşkilatlarına qarşı mübarizədə mövqeyimizin aydın olduğunu bir daha vurğulayırıq”, - bildirilib.

Qeyd olunub ki, bölgədə sabitliyin qorunması üçün Türkiyə ordusu tərəfindən bütün lazımi tədbirlər görülür və regiondakı aktorlarla sıx əməkdaşlıq və koordinasiya prosesi davam edir.
Seçilən
32
3
sherg.az

4Mənbələr