AZ

İranda qadın hüquqları müdafiəçisi həbs edildi

Qadın hüquqları fəalı Atefe Rəngriz iki il müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İranda İnsan Haqları Müdafiəçiləri Qrupu (HRANA) yayıb.

Qadın hüquqları müdafiəçisinin vəkili Hüseyn Tac bildirib ki, Atefe Rəngriz Damğan Cinayət Məhkəməsinin 102-ci bölməsi tərəfindən “sosial şəbəkələrdə yalan məlumatlar paylaşmaq”da günahlandırılıb.


Qeyd olunub ki, daha öncə ona “Telegram qrupu yaratmaq” ittihamı ilə 7 il, “dövlət quruluşu əleyhinə təbliğat” ittihamı ilə isə 7 ay aya qədər həbs cəzası verilib və iki il sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulub.


Bizim.Media

Seçilən
44
bizim.media

1Mənbələr