AZ

Bəzi İctimai şuralar təyinat əsasında formalaşdırılıb - Deputat

Azərbaycan Milli QHT Forumu İctimai şuraların formalaşdırılmasında yol verilən pozuntulara və üzvlükdən sui-istifadə hallarına dair bəyanat yayıb.

Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin üzvü, deputati Pərvanə Vəliyeva bildirib ki, ölkəmizdə ictimai iştirakçılıq və ictimai nəzarət mexanizmlərin yaradılması və inkişafında “İctimai İştirakçılıq haqqında" qanun hüquqi çərçivəni müəyyən edir:

“Məqsəd vətəndaş cəmiyyəti təşkilatlarının ölkədə həyata keçirilən dövlət proqramlarının icrasının monitoriqində rolunu artırmaqdır. Bəzən İctimai şuralarda təmsilçilik bir yarış halını da alıb. Lakin bu fəaliyyətin məzmunu qeyri-hökumət təşkilatları arasında əməkdaşlığı gücləndirməkdir. Əfsuslar olsun ki, bəzi hallar aşkarlanıb ki, bu şuralar təyinat əsasında formalaşdırılıb”.
 

Deputatən sözlərinə görə, İctimai Şura üzvləri xüsusi seçki proseduru ilə seçilməlidir:
 

“Gələcəkdə sui-istifadə hallarının yaranmaması üçün Milli QHT Forumu bəyanat yayıb. İctimai şuralara aktiv nəzarət onların seçildiyi qurum tərəfindən edilməlidir. İctimai Şuraya üzv olan şəxslərin qurum adından istənilən fəaliyyəti də monitorinq oluna bilər. Belə ki, onlar fəaliyyətlərinə dair dövri əsasda hesabat verməlidir”.

Seçilən
27
modern.az

1Mənbələr