Ermənistandan hakim “Vətəndaş sazişi” partiyasının keçmiş deputatı Ovik Ağazaryanla bağlı insidentdən sonra yerli deputatlar təlaşa düşüblər.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, hakim partiyanın nümayəndələri, Nikol Paşinyanın hər an onların telefonlarının məzmununu deşifrə etmək əmri verə biləcəyindən ehtiyat edərək bütün telefon danışıqlarını silməklə məşğul olublar.
“Bundan başqa, Paşinyan Ağazaryanın telefonunda tapılan ‘intim’ danışıqları şəxsən oxuyub və ondan yerindəcə cavab tələb edib. Nəticədə partiya Ağazaryanın ‘dövlətin məxfi məlumatlarının sızması səbəbindən’ uzaqlaşdırıldığı barədə məlumat yayıb”, - deyə yerli “Hraparak” qəzeti yazır.
Musavat.com