“Bu gün Azərbaycan hüquq çərçivəsində Ermənistanla münasibətlər qurulmasına çalışır. Buna baxmayaraq, qarşı tərəf vaxtaşarı sülh müqaviləsini ləngitmək, Azərbaycanın suveren hüquqlarını məhdudlaşdırmaq cəhdləri edir. Ermənistan beynəlxalq hüququn verdiyi imkanlardan imtina etməyə çalışır, xaricdən müəyyən dairələr və dövlətlər ona dəstək verirlər. Ancaq Azərbaycan öz suverenliyini qorumaq, regionda sülh yaratmaq cəhdlərindən heç zaman əl çəkməyəcək”.
Bunu Bakupost.az -a millət vəkili Aydın Mirzəzadə bildirib.
O qeyd edib ki, bu gün sülh müqaviləsi Azərbaycandan çox Ermənistana lazımdır:
"Ermənistanın açıq dənizə çıxışı yoxdur. Böyük şirkətlər ora investisiya qoymaq istəmir. Bu barədə Ermənistan rəsmiləri də öz bəyanatlarında bildiriblər. Ona görə də Ermənistan kommunikasiyaların açılmasında da maraqlı olmalıdır. Sülh müqaviləsi nə qədər tez imzalanarsa, regionda sabitlik bir o qədər tez yaranar”.
Sevinc,
BakuPost