AZ

PAYTAXTDA EVLƏRİN QİYMƏTİ NİYƏ SÜRƏTLƏ ARTIR? - Bu binalarda mənzillər 5 milyona satılır...

Son bir neçə ildir ki, paytaxt Bakıda yerləşən bina evlərinin və fərdi yaşayış sahələrinin qiymətində sürətli artım müşahidə olunur. 2021-ci ildən özünü daha kəskin şəkildə biruzə verən qiymət artımı növbəti illərdə də artan tendensiya ilə davam edib.

Statistik məlumatlarda qeyd olunur ki, 2024-cü ilin oktyabr ayında fərdi evlərin və torpaq sahələrinin qiyməti əvvəlki aya nisbətən 1,7 faiz artıb. Qeyri-yaşayış sahələrində 1,4 faiz aylıq qiymət artımı müşahidə olunub. Paytaxtın mənzil bazarında qiymətlər əvvəlki ayla müqayisədə orta hesabla 0,6 faiz artıb. Yaşayış mənzillərinin kirayə qiymətləri isə daha çox artıb – 2,8 faiz.

Hazırda paytaxtda ən ucuz mənzillər əsasın Zabrat, Məhəmmədi, Sabunçu, Mərdəkan, Masazır kimi şəhərətrafı ərazilərdə yerləşir. Bu yerlərdə birotaqlı mənzillər təxminən 30 min manatdan bahadır. İki otaqlı evlər isə təxminən 60 min manata təklif olunur.  Paytaxtdai metroya yaxın ərazilərdə yerləşən bir otaqlı təmirli mənizllərin qiyməti isə 70-100 min manat ətrafındadır. Metroya yaxın ərazilərdə iki və daha çox otaqlı mənzillər isə 100 min manatdan baha qiymətə təklif olunur. Mərkəzi hissələrdə isə bir otaqlı təmirli mənizllər 100 min manatdan, iki otaqlı mənzillər isə 150 min manatdan yuxarı təklif olunur.

Seçilən
39
34
azpolitika.info

10Mənbələr