Köhnə Bakı-Astara magistralının Cəlilabad şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, Bakı istiqamətinə gedən və səyyari soğan satışı ilə məşğul olan Ağcabədi rayon sakini Orxan Səfərovun idarə etdiyi “Ford” markalı yük avtomobili Astara istiqamətinə gedən Cəlilabad rayonu, Zərbəli kənd sakini 1991-ci il təvəllüdlü Əyyub Əsədovun idarə etdiyi “VAZ 21010” markalı minik avtomobili ilə toqquşub.
Nəticədə minik avtomobilinin sürücüsü Əyyub Əsədov hadisə yerində dünyasını dəyişib.
Günorta saatlarında baş vermiş hadisə nəticəsində insan itkisi ilə bərabər hər iki avtomobilə də ciddi ziyan dəyib.
Cəlilabad rayon mərkəzi xəstəxanasına aparılan yaralı sürücüyə ilkin tibbi yardım göstərilib.
Həlak olan sürücü Əyyub Əsədovun meyiti isə tibbi ekspertiza üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad bölməsinə təhvil verilib.
Baş vermiş hadisə müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Sabutay, Bizim.Media, Cənub bürosu