AZ

Polşa prezidentliyinə namizəd: "Ukrayna NATO-ya üzv ola bilməz"

"Ukrayna NATO-ya üzv ola bilməz, çünki onun sərhədləri nizamlanmayıb". 

Bakıvaxtı.az "TVP World"ə istinadən xəbər verir ki, bunu Polşanın ultrasağçı Konfederasiya assosiasiyasından prezidentliyə namizəd Slavomir Mentzen deyib.

Onun sözlərinə görə, Qərb siyasətçiləri Kiyevin alyansa qoşulması məsələsini gündəmə gətirməklə öz seçicilərini və ukraynalıları aldadırlar:

"Sərhədləri həll olunmamış heç bir dövlət NATO-ya üzv ola bilməz. Qərb və Polşa siyasətçiləri Kiyevin alyansa dəvət edilməsi mövzusunu müzakirə etməklə, yanlış mənzərə və ukraynalılar arasında əsassız gözləntilər yaradırlar. NATO-da Ukrayna kimi bir mövzu yoxdur. Bu, seçicilərə və ukraynalılara qarşı saxtakarlıqdır".

Gülşən Şərif

Seçilən
14
1
bakivaxti.az

2Mənbələr