AZ

Qida məhsulları laboratoriyada necə analiz olunur? - "Qida Gözətçisi"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində vətəndaşların diqqət və marağını cəlb etmək üçün qida məhsulları qeyri-peşəkar üsullarla analiz olunur.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) məlumat verib.
"Təbii ki, bu cür kustar üsullarla gündəlik istifadə olunan qida məhsullarının qeyri-peşəkar şəkildə, standart və tələblər gözlənilmədən müayinə olunması və "nəticələrinin" dərhal elan olunması bəzən insanlarda təəccüb və ya çaşqınlıq yaradır", - deyə məlumatda bildirilib.
Mütəxəssislərin iştirakı ilə hazırlanan "Qida Gözətçisi" adlı yeni layihə məhsulların analizinin bu cür qeyri-peşəkar və absurd yollarla deyil, yalnız laboratoriya şəraitində müasir standartlara uyğun elmi əsaslarla aparılmasının vacibliyinə diqqəti çəkir. Həmçinin videomaterialda istehlakçılara qidaların Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarında analizinin necə həyata keçirildiyi və bu laboratoriyaların fəaliyyəti barədə məlumatlar verilir.
Layihə çərçivəsində hazırlanan ilk buraxılış istehlakçıları maraqlandıran əsas mövzulardan olan suyun laborator analizi barədədir. Müayinələr AQTİ-nin Bakı Regional Sınaq Laboratoriyasında aparılıb.
Seçilən
67
50
oxu.az

10Mənbələr