AZ

Şuşada keçirilən tədbir bizə yaxşı təcrübə qazandırdı - Adan Mohamud Ahmad

Şuşa. Trend:

"İslam Əməkdaşlıq Təşkilatının "Gənclər Paytaxtı" Şuşa şəhərindəolmaq qürurvericidir.

Trend xəbərverir ki, bu sözləri “Şuşa - İslam Əməkdaşlıq Təşkilatının GənclərPaytaxtı 2024” Beynəlxalq Proqramında iştirak etmiş Somalidən olanAdan Mohamud Ahmad deyib.

Onun sözlərinə görə, bu tədbirdə fərqli ölkələrdən olaninsanlarla tanışlıq onlara yeni təcrübələr qazandırıb:

"Həm azərbaycanlılar, həm də digər qonaqlar mehriban vəqonaqpərvər idilər. Bu tədbir bizə yaxşı təcrübələrqazandırdı".

O, Azərbaycan mətbəxini çox bəyəndiyini bildirib:

"Yeməklərə söz ola bilməz. Yeni təamlar olduqca xoş idi".

Xatırladaq ki, 2023-cü ilin oktyabr ayında İƏT Gənclər Forumununİcraiyyə Şurasının 11-ci iclasında Qarabağın incisi Şuşa şəhəri2024-cü il üçün İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı”elan olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev 2024-cü il aprelin 17-də“Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatınıngənclər paytaxtı” seçilməsi ilə bağlı sərəncam imzalayıb.

Seçilən
11
az.trend.az

1Mənbələr