Xəbər verdiyimiz kimi, əsaslı yenidənqurma işlərindən sonra Mərkəzi Nəbatat Bağının açılışı olub.
Səhər saat 9:00-dan 18:00-dək açıq olan bağda müasir tələblərə cavab verən yeni oranjereyalar, fəvvarə inşa edilib. Bağın ərazisi 39 hektardan 45 hektara çatdırılıb.
Burada xarici ölkələrdən gətirilmiş xüsusi şəraitdə bəslənən müxtəlif növdə nadir dekorativ ağaclar, kol və güllər əkilib.
“Qafqazinfo”nun fotoqrafı Pərvin Zeynalın Mərkəzi Nəbatat Bağından hazırladığı fotosessiyanı təqdim edirik: