AZ

Ermənilər YUNESKO-nun prinsiplərinə riayət etməyib

"Qərbi Azərbaycanlı dostlarıma səslənirəm, ehtiyatlı olun. Çünki mədəni irs propaqanda vasitəsi kimi istifadə edilə bilər".

Teleqraf.com xəbər verir ki, bunu Maltanın UNESCO üzrə Milli Komissiyasının sədri Raymond Bondin Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən “Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfransın "Mədəni irsin bərpası və qorunması" adlı panel sessiyada deyib.

O bildirib ki, ermənilər Şuşada da mədəni irsi məhv etmək niyyətində olublar:

"Ermənistan tərəfindən maliyyələşdirilən maltalı bloger əsassız olaraq Azərbaycanı etnik təmizləmədə, məni isə onlara dəstək verməkdə ittiham edirdi. Bloger çıxışımı kontekstindən çıxarıb istədiyi kimi yazmışdı. Lakin ermənilər tərəfindən Şuşada və digər ərazilərdə abidələrin məhvindən bəhs edilmirdi. Ermənilər YUNESKO-nun prinsiplərinə riayət etməyib. Onlar öz kilsələrini dağıdır və Azərbaycanı bunda ittiham edirlər. Ancaq bu gün həmin kilsə Azərbaycan tərəfindən təmir edilib. İrsə yönəlik addımlar kimliyi məhv etmək kimi bir şeydir. Bu gün işğaldan azad edilmiş ərazilərdə BMT-nin hesabatına görə, 1 milyondan çox mina basdırılıb. İnsanların ora qayıtması üçün təhlükəsizlik təmin edilməlidir. Hazırda bu istiqamətdə işlər gedir. Şuşada görülən işlər də göz qabağındadır. Dağıdılmış abidələr əvvəl olduğu kimi bərpa edilir. Mədəni irs sizi digər xalqlardan fərqləndirir".


Müəllif: Məlik Məlikov
Seçilən
23
teleqraf.com

1Mənbələr