Şuşada təşkil olunan proqram müxtəlif ölkələrdən olan iştirakçılara yaxşı təcrübə qazanmaq şansı yaratdı.
"Report"un Şuşaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu “Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramında iştirak edən Somalidən olan Adan Mohamud Ahmed deyib.
A.M.Ahmedin sözlərinə görə, bu tədbirdə müxtəlif ölkələrdən olan insanlarla tanışlıq imkanı yaranıb:
"Həm azərbaycanlılar, həm də digər qonaqlar mehriban və qonaqpərvər idilər. Bu tədbir həmin insanlarla yaxından tanış olmaq şansı verdi".
O, Azərbaycan mətbəxini çox bəyəndiyini bildirib: "Yeməklərə söz ola bilməz. Burada daddığımız yeni təamlar olduqca ləzzətli idi".