“Formula-1” yarışmasının keçmiş direktoru, Britaniya vətəndaşı Berni Ekleston 50 il ərzində topladığı kolleksiyasını satır.
Avtosfer.az xəbər verir ki, kolleksiya 69 ədəd F-1 avtomobilindən ibarətdir. Kolleksiyada bir çox məşhur pilotun, o cümlədən Mixael Şumaxerin istifadə etdiyi Ferrarilər yer alır.
94 yaşlı kolleksiyaçı varidatını 361 milyon avroya satmaq istəyir. Maşınların çoxu saz vəziyyətdirir, bəzilərinin bərpaya ehtiyacı var.
Xatırladaq ki, bu, Eklestonun kolleksiyasından ilk satış deyil. O, 2007-ci ildə 50 avtomobilini hərracda satmışdı. Maşınlar arasında İtaliya rəhbəri Benuto Mussoliniyə məxsus
“Lancia” və “Mercedes” də yer alırdı.
Vüqar
FOTO QALEREYA