İl sonuna qədər sülh müqaviləsi mümkün görünmür
“Cari ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması real görünür. Çünki Ermənistan tərəfi hələlik sülhə hazır deyil”.
Newscenter.az xəbər verir ki, bu fikirləri “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, Ermənistan sülh üçün mümkün olan fürsətləri dəyərləndirə bilmir:
“Ermənistan ilk fürsəti COP29-da iştirak etməməklə əldən vermiş oldu. Əgər İrəvan doğurdanda sülh müqaviləsinin imzalanmasına maraqlı olsaydı, o zaman qarşılıqlı anlaşma mühitinin formalaşması üçün COP29-da iştirak etməyə üstünlük verərdi. Təəssüflər olsun ki, İrəvan bu fürsəti dəyərləndirə bilmədi”.
Arzuman Muradlı deyib ki, hazırda da Ermənistan vaxt qazanmaq, sülh müqaviləsinin imzalanması istiqamətində təşəbbüslər və mümkün danışıqları pozmaqla məşğuldur:
“Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Respublikasınıbn Prezidenti İlham Əliyev arasında keçirilməsi nəzədə tutulan görüşün detallarının erməni deputatlardan biri tərəfindən sızdırılması ilə bağlı erməni tərəfinin yaymış olduğu məlumat da əslində sülh müqaviləsinin imzalanmasından yayınmaq və yaranmış fürsətdən istifadə etməməkdir. Bütün bunları nəzərə alaraq demək mümkündür ki, cari ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması mümkün görünmür”.
Süleyman