Türkiyə Mərkəzi Bankı həftəlik statistik hesabat açıqlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hesabata əsasən, Mərkəzi Bankın valyuta ehtiyatı əvvəlki həftə ilə müqayisədə 1 milyard 99 milyon dollar artıb: "Hazırda valyuta ehtiyatı 157 milyard 738 milyon dollara çatıb. Son həftəyə nisbətdə qızıl ehtiyatları isə 984 milyon dollar azalaraq 65 milyard 904 milyon dollardan 64 milyard 920 milyon dollara enib..."
Samir Musayev
MİA.AZ