AZ

YAP Nərimanov rayon təşkilatının rəhbərliyi partiyanın Təftiş Komissiyasının üzvü Musa Musayevi 65 illiyi münasibəti ilə təbrik edib

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev və təşkilatın nümayəndələri YAP-ın Təftiş Komissiyasının üzvü, II çağırış Milli Məclisin deputatı olmuş, Tərəqqi medallı Musa Musayevi 65 illiyi münasibəti ilə təbrik edib.

Görüş zamanı YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev bildirib ki, Musa müəllim müstəqil Azərbaycan dövlətinin inkişafında, doğma partiyamızın yaranması və əhatələnməsində yaxından iştirak edib. Musa müəllimin müxtəlif rəhbər vəzifələrdə çalışdığı uzun illər ərzində partiyanın təbliğatının və ideoloji işinin düzgün aparılmasında, xalqın maraqlarının qorunmasında, rolu və xidmətləri müstəsnadır.

Göstərilən diqqətə və qayğıya görə yubilyar Musa Musayev Yeni Azərbaycan Partiyasına və Nərimanov rayon təşkilatına öz dərin minnətdarlığını bildirib və qeyd edib ki, bundan sonra da dövlətimizə ləyaqətlə xidmət etməyə davam edəcəkdir.

Seçilən
31
yeniazerbaycan.com

1Mənbələr