Helsinki məhkəməsində prokuror rusiyalı Vojislav Tordenə ömürlük həbs cəzası istəyib.
Oxu24.com xəbər verir ki,bu barədə Finlandiyanın Yle teleradio şirkəti məlumat yayıb.
Əvvəllər Jan Petrovski kimi tanınan Torden radikal millətçi Rusiç qrupunun keçmiş komandiri olub, onun döyüşçüləri Ukraynada Rusiyanın dəstəklədiyi separatçıların, sonra isə Rusiya ordusunun tərəfində döyüşlərdə iştirak edib.
Keçmiş Rusiç komandiri 2014-cü ilin sentyabrında Ukraynanın şərqində 5 hərbi cinayət, o cümlədən 22 Ukrayna əsgərinin qətli törətməkdə ittiham olunur. İttiham tərəfinin sübutları Rusiç üzvləri tərəfindən lentə alınan və yayımlanan videolara əsaslanır.
Tordenin vəkili Heikki Lampela bildirib ki, ruslar müharibə cinayətləri ilə bağlı bütün ittihamları rədd edir, Rusiç qrupu isə neonasist ideologiyasına riayət etmir.
Torden 2023-cü ilin yayın ortalarında Finlandiyada saxlanılıb. Ukrayna hakimiyyəti onun ekstradisiyasını istəyib, lakin Finlandiya Ali Məhkəməsi Ukrayna koloniyalarında məhbusların saxlanma şəraitinə görə Kiyevin tələbini rədd edib. Bundan sonra Finlandiya hakimiyyəti Tordenə qarşı Ukraynadakı hərbi cinayətlərlə bağlı öz araşdırmasına başladı.
Torden ABŞ, Avropa İttifaqı və Kiyevi dəstəkləyən digər ölkələrin sanksiya siyahısına daxil edilib.
2016-cı ildə millətçi milli təhlükəsizliyə təhdid hesab edilərək Norveçdən qovulmuşdu.
“Rusiç” təxribat-hücum kəşfiyyat qrupu radikal millətçilərdən və neonasistlərdən ibarətdir və 2014-cü ildən Ukraynadakı müharibədə iştirak edir. Kiyev təşkilatı hərbi cinayətlər törətməkdə, o cümlədən əsirlərə və mülki şəxslərə işgəncə verməkdə və qətlə yetirməkdə ittiham edir.
Nigar