AZ

Müstəmləkəçilik altında olan Sen Martin adası ilə bağlı beynəlxalq konfrans keçiriləcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Sen Martin adasına həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, "Sen Martində Fransa və Niderland müstəmləkəçiliyi - bir ada, bir xalq, bir tale" adlı konfransda müstəmləkəçiliyə qarşı mübarizə aparan və azad olmağa çalışan Sen Martin xalqının təmsilçiləri, habelə müstəmləkəçilik əleyhinə fəaliyyət göstərən təşkilatların rəhbərli, parlamentin üzvləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar iştirak edəcəklər.
Konfransda Fransa və Niderlandın əsarəti altında olan və iki hakimiyyətin mövcud olduğu Sen Martin xalqının müstəmləkəçilikdən azad olmaq uğrunda apardığı mübarizə, habelə problemin aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə çıxarılması istiqamətində görülən işlər, beynəlxalq hüquqi mexanizmlər müzakirə olunacaq.
Qeyd edək ki, Sen Martin adası müstəmləkəçilik dövründə və ondan sonrakı müddətdə özünəməxsus xüsusiyyətləri ilə digər müstəmləkələrdən fərqlənir. Sen Martin adası həm Fransa, həm də Niderland tərəfindən müstəmləkə edilib və 1648-ci ildən bəri bu iki dövlət arasında bölünüb. Adanın Fransız hissəsi Saint-Martin, Niderland hissəsi isə Sint Maarten adlanır. Bu iki imperiya adanın idarəçilik, mədəniyyət və hüquq sistemlərini özlərindən asılı vəziyyətə salıb.
Adada müstəmləkəçilik irsi iqtisadi və siyasi sahələrdə davamlı olaraq təsirini göstərir. Fransa və Niderlandın güclü təsiri, Sen Martin xalqının öz müqəddəratını təyin etmək cəhdlərinə maneə yaradır.
Qeyd edək ki, bu tədbir Sen Martin xalqının öz gələcəyini müstəqil şəkildə müəyyən etməsi üçün beynəlxalq dəstəyin vacibliyinə dair çağırış platforması rolunu oynayacaq.
Seçilən
84
45
oxu.az

10Mənbələr