AZ

Rusiya mətbuatı Berezutskinin "Sabah"dakı işindən yazdı: vəzifəsi komandanı böhrandan çıxarmaqdır

Rusiya mətbuatı Vasili Berezutskinin "Sabah"dakı ilk uğurlarından yazıb. 

Sportal.az xəbər verir ki, "Советский спорт" nəşri Berezutskinin komandasının ölkə kubokunun 1/8 final mərhələsində "Turan Tovuz"u keçməsinə də toxunub: 

"Noyabrın 25-də Vasili Berezutski karyerasında ilk dəfə baş məşqçi təyin edildi. ÇSKA-nın və Rusiya millisinin keçmiş müdafiəçisi futbolçu karyerasını başa vurduqdan sonra uzun müddət köməkçi kimi çalışmışdı. O, "Vitess" də Leonid Slutskinin yanında işləmişdi, ÇSKA və “Krasnodar”da isə Viktor Qonçarenkoya kömək edib. Sonradan isə Çini fəth etmək üçün yenidən Slutskinin yanıına yollanmışdı. Onlar "Şanxay Şenxua"da son 16 ildə ilk dəfə çempionluğuna yaxın olsalar da, sonda mövsümü gümüş medallarla başa vurdular. Vasiliyə "Sabah"a əsas məşqçi kimi işə dəvət olundu. Məhz, “Sabah”da onun baş məşqçi karyerasında ilk oldu.

Ümumiyyətlə, "Sabah" Rusiyadan olan məşqçiləri sevir, orada Yuri Syomin, Murad Musayev və Sergey Yuran işləyib (Yuri Syomin “Qəbələ”də, Sergey Yuran müvafiq olaraq “Simurq”da işləyib– red). Titul qazanmasalar belə, klubda rusiyalı məşqçilərdən razılıq ediblər. İndi Berezutski bunu etməyə çalışacaq. Düzdür, hələlik onun qarşısındakı vəzifə komandanı böhrandan çıxarmaq və uğursuzluqdna çıxarmaqdır. Vasili artıq yavaş-yavaş bunun öhdəsindən gəlir. Artıq noyabrın 29-da Vasilinin komandası "Səbail"ə qalib gəldi (1:0). Mütəxəssislər yeni məşqçinin komandada etdiyi dəyişiklikləri qeyd ediblər. Növbəti sınaq məşhur Kurban Berdiyevin başçılıq etdiyi “Turan-Tovuz”la (2:2, penaltilərlə 3:1) kubok matçı oldu ki, belə mütəxəssisə qalib gəlmək çox dəyərlidir. Berezutski bu rəqibin də öhdəsindən gəldi. Vasilinin Azərbaycandakı fəaliyyəti haqqında nəticə çıxarmaq hələ tezdir, lakin onun potensialı artıq görünür. Təbii ki, çempionat və kubok fərqli turnirlərdir, amma “Sabah” kubokda “Turan-Tovuz”a qalib gəlibsə, o zaman çempionatda da eyni şeyi təhlükəsiz edə bilər. Üstəlik, avrokuboklara düşmək üçün Berezutskinin komandası ilk “üçlük”də olmalıdır. Məhz Kurban Berdiyevin komandası hazırda “üçlük”dədir”.

 

saytlarin hazirlanmasi

Seçilən
35
1
sportal.az

2Mənbələr