AZ

Qarabağ xalçaları və onların naxışları əsasında hazırlanan "Sehrli xalça" kolleksiyası təqdim olunub - FOTO

Azərbaycan Milli Xalça Muzeyində "Sehrli xalça" kolleksiyasının təqdimat mərasimi keçirilib.

APA-nın xəbərinə görə, Avstriyanın zərgərlik brendi FREYWILLE şirkətinin Qarabağ xalçaları və onların unikal naxışları əsasında hazırladığı "Sehrli xalça" kolleksiyasının təqdimat mərasimində qeyd edilib ki, kolleksiya Milli Xalça Muzeyi ilə şirkət arasında imzalanan anlaşma memorandumuna əsasən milli irsimizin dünya miqyasında tanıdılması məqsədilə hazırlanıb.

Müasir incəsənət və zərgərlik texnologiyası ilə xalqımızın zəngin tarixini özündə birləşdirən “Sehrli xalça” kolleksiyası Qarabağın məşhur xovsuz xalçası vərninin orijinal naxışlarından ilhamlanaraq yaradılıb.

Bu xalçanın əsas özəlliyi üzərində stilizə edilmiş həndəsi əjdaha motivlərinin olmasıdır.

Qeyd olunub ki, 1951-ci ildə təsis edilən FREYWILLE şirkəti eksklüziv bədii zərgərlik məmulatları istehsalında lider brenddir. Şirkət dünyanın bir sıra məşhur muzeyləri - Viktoriya və Albert Muzeyi, Jivernidəki Klod Mone Muzeyi və Dövlət Rus Muzeyi ilə əməkdaşlıq edib. FREYWILLE-nin mütəxəssisləri bu muzeylərdə qorunub saxlanılan Qustav Klimt, Vincent van Qoq, Alfons Muxa, Vilyam Morris, Pol Qogen kimi dahi rəssamların əsərlərindən ilhamlanaraq əsrarəngiz kolleksiyalar yaradıblar.

Azərbaycan Milli Xalça Muzeyi ilə əməkdaşlıq nəticəsində isə FREYWILLE brendi ilk dəfə zərgərlik məmulatlarının dizaynında Azərbaycan xalça naxışlarından və motivlərindən istifadə edir.

Qarabağ Qarabağ Qarabağ Qarabağ
Seçilən
26
apa.az

1Mənbələr