AZ

Zelenski fərmanı imzalayıb

...Ukrayna hərbi vəziyyət dövründə tibb işçilərinin piyada mövqelərinə keçirilməsini qadağan etməyi planlaşdırır. Bu məqsədlə əlavə qaydalar hazırlanacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin Prezident Aparatının saytında dərc edilmiş 817/2024 saylı fərmanında deyilir.

Dövlət başçısının qüvvəyə minmiş Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarına əsasən, hökumətə tibbi təhsili olan şəxslərin tibb sahəsinə aid olmayan hərbi vəzifələrə təyin edilməsini qadağan edən normativ hüquqi akt hazırlamaq tapşırılıb.

İstisnalara yalnız təyinat şəxsin xahişi ilə olduğu halda icazə verilir.

Əli Babayev

Seçilən
30
sia.az

1Mənbələr