Ermənistan və Azərbaycan sülh müqaviləsinin mətninin preambulası və 17 maddəsinin 15-i üzrə razılığa gəliblər.
Bizim.Media xəbər verir ki, bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Maltada keçirilən ATƏT-nin Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında çıxışı zamanı bildirib.
Sülh müqaviləsinin imzalanmasında müəyyən irəliləyiş var və mətndə 17 maddədən 15-i razılaşdırılıb, əgər iradə olarsa, sənəd Cənubi Qafqazda düşmənçilik səhifəsini bağlaya bilərik”, - Mirzoyan qeyd edib.
O həmçinin bildirib ki, İrəvan Ankara ilə münasibətlərin tam normallaşmasına, diplomatik münasibətlərin qurulmasına və sərhədlərin açılmasına inanır. Türkiyəli tərəfdaşlarla dialoq davam edəcək.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta